FHN: Lerik rayonunun Piran kəndində və Hirkan Milli Parkında baş verən yanğınlar tam söndürülüb

FHN: Lerik rayonunun Piran kəndində və Hirkan Milli Parkında baş verən yanğınlar tam söndürülüb
# 26 iyul 2014 09:25 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Lerik rayonu Piran kəndində (rayon mərkəzindən 35 km aralı) və Lənkəran rayonu Hirkan Milli Parkının dağlıq meşə zolağı ərazisində baş vermiş yanğınlar bu gün saat 11:30-da tam söndürülüb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov APA-ya açıqlamasında bildirib ki, yanğın söndürüldükdən sonra FHN-in əraziyə cəlb edilən helikopterləri və təyyarəsi geri qaytarılıb.

Profilaktika üçün isə hazırda hadisə yerində iki yanğınsöndürən maşın növbə çəkir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR