Nazir Şahin Mustafayev BƏƏ-nin Azərbaycandakı səfiri ilə görüşüb

Nazir Şahin Mustafayev BƏƏ-nin Azərbaycandakı səfiri ilə görüşüb
# 10 aprel 2015 15:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Salem Xalifa Mohamed Əl-Ğaflini qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycan və BƏƏ arasında yüksək səviyyəli siyasi münasibətlərin iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığını, iqtisadi əlaqələrin uğurlu inkişafını vurğulayıb.

Ş. Mustafayev ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin genişlənməsində səfir S. Əl-Ğaflini Azərbaycandakı fəaliyyətinin əhəmiyyətli olduğunu qeyd edib, gələcək fəaliyyətində səfirə uğurlar arzulayıb.

S. Əl-Ğafli Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR