Bakıda iki avtobus toqquşub, xəsarət alanlar var

Bakıda iki avtobus toqquşub, xəsarət alanlar var
# 01 iyun 2015 14:31 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Nizami rayonu, M. Abbasov küçəsi 1 ünvanında qeydə alınıb. 1967-ci il təvəllüdlü Yaşar Qərib oğlu Zeynalovun 171 saylı xətt üzrə idarə etdiyi “Daevoo” markalı, 10 TC 812 dövlət nömrə-nişanlı marşrut avtobusu Bakı şəhər sakini, 1980-cı il təvəllüdlü Ramiz Tofiq oğlu Qasımovun idarə etdiyi “Isuzu” markalı, 90 GA 923 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.

Nəticədə “Daevoo” markalı avtobusda olan sərnişinlərdən - Kəmalə İsmayılova, Əfsanə Cəfərova və Mətanət Həsənova xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR