Azərbaycan və Türkiyə daxili işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə daxili işlər nazirləri arasında telefon danışığı olub
# 20 iyul 2016 08:42 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Azərbaycan daxili işlər naziri Ramil Usubov və Türkiyə daxili işlər naziri Əfkan Ala arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, hərbi çevrilişin qəbuledilməz olduğunu deyən R. Usubov Azərbaycanın Türkiyədəki demokratiyaya və xalq tərəfindən seçilən hökumətə tam dəstək verdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR