Elmar Məmmədyarov İSESCO-nun baş katibini qəbul edib

Elmar Məmmədyarov İSESCO-nun baş katibini qəbul edib
# 29 aprel 2015 15:11 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İSESCO-nun baş katibi Əbdüləziz Osman Əl Tüveycrini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Əbdüləziz Osman Əl Tüveycri Azərbaycanın İSESCO çərçivəsində fəaliyyətini və təşkilatın məqsəd və məramlarının həyata keçirilməsinə verdiyi töhfələri yüksək qiymətləndirib. O, Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoq təcrübəsinin dünya üçün örnək olduğunu diqqətə çatdırıb.


Elmar Məmmədyarov İslam dünyasında həmrəyliyin gücləndirilməsinin vacibliyini vurğulayıb və İslam Əməkdaşlıq Təşkilatı və İSESCO-nun İslam dünyasının üzləşdiyi məsələlərin müzakirəsi və həll yollarının tapılması üçün vacib platforma olduğunu söyləyib.


Görüşdə Azərbaycan ilə İSESCO arasında əməkdaşlığa dair məsələlər də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR