Bakıda sərxoş kişi özünü dənizə atıb.
APA-nın məlumatına görə, hadisə Dənizkənarı Bulvar ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Rövşən Abbasov sərxoş vəziyyətdə özünü dənizə atıb. Hadisə yerində olan polis əməkdaşlarının köməkliyi ilə o, sudan çıxarılıb.