Azərbaycan prezidenti “Torpaq icarəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə sərəncam imzalayıb

Azərbaycan prezidenti “Torpaq icarəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə sərəncam imzalayıb
# 19 mart 2015 12:14 (UTC +04:00)

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Torpaq icarəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Torpaq icarəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Qeyd edək ki, dəyişikliyə əsasən, “Torpaq icarəsi haqqında” qanunun 10-cu maddəsinin birinci hissəsinin ikinci cümləsində “Bələdiyyə” sözü “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə” sözləri ilə əvəz edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR