Türkiyə Ali Məhkəməsinin sədri: “Avropa Məhkəməsinə gedən işlərin sayını azaltmaq üçün Konstitusiya Məhkəməsinə fərdi müraciət imkanı yaradılıb”

Türkiyə Ali Məhkəməsinin sədri: “Avropa Məhkəməsinə gedən işlərin sayını azaltmaq üçün Konstitusiya Məhkəməsinə fərdi müraciət imkanı yaradılıb”
# 24 oktyabr 2014 09:00 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasında qeyd olunan insan hüquqlarının təmin olunmasının ən yaxşı yolu Avropa İnsan Haqları Məhkəməsidir. Türkiyədə məhkəmələr qərarlar qəbul edərkən Konvensiyaya əməl etməkdədir”.

APA-nın məlumatına görə, bunu “İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda Bakıda keçirilən Beynəlxalq Konfransda Türkiyə Ali Məhkəməsinin sədri Ali Alkan söyləyib.

Türkiyə Ali Məhkəməsinin sədri bildirib ki, Avropa Konvensiyasına Türkiyə 1950-ci ildə qoşulub. O qeyd edib ki, Türkiyə ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə gedən işlərin sayını azaltmaq üçün Konstitusiya Məhkəməsinə insan hüquqları ilə bağlı fərdi müraciət imkanı yaradılıb: “Ölkələr daxilində məhkəmələrin Konvensiyaya uyğunlaşdırılması və bu qaydalara əməl olunması vacib məsələdir. Avropa İnsan Haqları Məhkəməsi bir çox insanlar üçün ədaləti bərpa edib”.

O, 2014-cü ilə Türkiyədə xüsusi səlahiyyətli məhkəmələrin aradan qaldırıldığını da xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR