Bank Of Baku

Musa Quliyev: Dəyişiklikdən sonra hərbiçilər, dövlət qulluqçuları və diplomatların pensiyalarında azalma olmayacaq

Musa Quliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri

© APA | Musa Quliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri

# 30 sentyabr 2026 16:31 (UTC +04:00)

Qəbul edilən dəyişiklikdən sonra hərbiçilər, dövlət qulluqçuları, siyasi vəzifəli şəxslər, deputatlar, MSK üzvləri, Ombudsman, Hesablama Palatasının üzvləri və diplomatik xidmət əməkdaşlarının pensiyalarında azalma olmayacaq.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, dəyişikliklərlə dövlət qulluqçularının pensiya sistemi təkmilləşdiriləcək:

“Yeni yanaşmanın əsas məqsədi qeyd edilən kateqoriyalara aid şəxslərin pensiya sisteminin təkmilləşdirilməsi, dayanıqlı sosial təminatla əhatə olunma, - pensiya təyinatının daha sadə, şəffaf, elektron və sosial sığorta prinsiplərinə əsaslanan mexanizmə keçirilməsidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR