Kürdəmirdə satış üçün nəzərdə tutulan 165 kiloqram at əti aşkarlanıb - YENİLƏNİB - VİDEO

Kürdəmirdə satış üçün nəzərdə tutulan 165 kiloqram at əti aşkarlanıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 16 aprel 2015 14:00 (UTC +04:00)

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən APA-ya verilən xəbərə görə, aprelin 15-i axşam saatlarında daxil olmuş məlumat əsasında Kürdəmir Rayon Baytarlıq İdarəsi rayonun Xınıslı kənd sakini Bağırov Anar Ağarəsul oğluna məxsus həyətdə antisanitariya vəziyyətdə kəsimi aparılan, baytarlıq-sanitariya ekspertiza laboratoriyasından keçməyən 165 kq miqdarında at əti aşkar edib.

Aparılan araşdırma zamanı atın yeni kəsildiyi və satış üçün hazırlandığı məlum olub.

İlkin olaraq ətdən laboratoriya müayinəsi üçün nümunələr götürülüb və baytarlıq-sanitariya qaydalarına uyğun Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Aşkar edilən ət mənşəyi məlum olmayan məhsul kimi zərərsizləşdirilib.

***

saat 16.55

Kürdəmir. Zahid Abışov-APA. Kürdəmir rayonunda qanunsuz at əti satışı ilə məşğul olan şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Kürdəmir rayon Baytarlıq İdarəsi əməkdaşlarının keçirdiyi reyd zamanı rayonun Xınıslı kəndində Anar Bağırovun qanunsuz şəkildə öz həyətində iki at kəsərək, inək əti adı altında satması faktı aşkarlanıb.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, o, həyətində atların kəsilib soyulması üçün xüsusi qurğular qurub. Reyd zamanı kəsilmiş və soyulmuş atlar ağacdan asılmış vəziyyətdə olub. Anar Bağırov bu işlə məşğul olmadığını, atları rayonun digər kəndlərindən aldığını və kəsərək Bakı şəhərində sakinlərə mal əti adı ilə satmaq istədiyini etiraf edib. Anar Bağırov saxlanılıb.

Ətlər Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən müsadirə olunaraq Respublika Baytarlıq laboratoriyasına göndərilib. Faktla bağlı araşdırmalar aparılır.


Kürdəmir Rayon Baytarlıq İdarəsinin rəisi Mehman Nəsirov bu cür reydlərin mütəmadi olaraq keçiriləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR