“Xəzər Lənkəran” ispaniyalı məşqçi ilə müqavilə bağlayıb

“Xəzər Lənkəran” ispaniyalı məşqçi ilə müqavilə bağlayıb
# 15 aprel 2013 06:58 (UTC +04:00)

Bakı – APA. “Xəzər Lənkəran” klubunda növbəti məşqçi təyinatı reallaşıb. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis Aleksis Plaza Anqulo baş məşqçi Con Toşakın yeni köməkçisi təyin olunub. 30 yaşlı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.

Anqulo əfsanəvi holland futbolçu Yohan Kroyff tərəfindən “Klub idarəetməsi” diplomu ilə təltif olunub. O, 2010-cu ildə “Barselona” klubuna prezident seçkilərində namizəd olub. Məşqçinin son iş yeri İspaniyanın “Sant Andreu” klubu idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR