Paşha Bank
Bank Of Baku

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Naxçıvanda şəhidlərin xatirəsi anılıb
# 27 sentyabr 2026 13:35 (UTC +04:00)

Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri şəhidlərin əziz xatirəsini yad ediblər.

APA xəbər verir ki, səlahiyyətli nümayəndə və digər rəsmilər şəhidlərin məzarlarını ziyarət edərək məzarların üzərinə qərənfillər düzüblər.

Ceyhun Cəlilov şəhidlərin ailə üzvləri ilə görüşüb, onlara ehtiram və başsağlığı ifadə edib.

“Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR