Şəmkirdə 22 yaşlı gənc bıçaqlanıb

Şəmkirdə 22 yaşlı gənc bıçaqlanıb
# 27 avqust 2014 08:49 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, bıçaqlanma hadisəsi rayonun Dəllər qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 22 yaşlı Elnur Əsədov bıçaq xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən E. Əsədovu xilas etmək mümkün olub. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR