Yaponiyada güclü qasırğa nəticəsində 5 nəfər ölüb, 45 nəfər xəsarət alıb

Yaponiyada güclü qasırğa nəticəsində 5 nəfər ölüb, 45 nəfər xəsarət alıb
# 10 iyul 2014 04:16 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Naqiso şəhəri yaxınlığında dağ uçqunu yaşayış evini dağıdıb, 12 yaşlı uşaq ölüb.

Həmçinin Hönsü adasının şimal-şərqində daşqın zamanı iki nəfər yaşlı kişi, bundan əvvəl isə ölkənin digər bölgələrində iki balıqçı həyatını itirib.

Hava şəraitinə görə Yaponiyada 192 aviareys ləğv olunub, sürətli qatarların hərəkəti dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR