Qala-Pirallahı avtomobil yolu yenidən qurulur

Qala-Pirallahı avtomobil yolu yenidən qurulur
# 22 iyul 2014 08:14 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Qala-Pirallahı avtomobil yolu yenidən qurulur.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, uzunluğu 21,7 km olan yolun 7 km-i altı, 14,7 km-i isə dörd hərəkət zolağından ibarət olacaq.

Layihə üzrə 2 yolqovşağı, 1 yeraltı piyada keçidi nəzərdə tutulub. Artıq yolun 7-22 km hissəsində torpaq-qazma işləri yekunlaşmaq üzrədir. Demək olar ki, torpaq yatağının tikintisi 90% yerinə yetirilib. 14,5 km hissədə asfalt-beton örtüyünün tikintisi və işıqlandırma sisteminin quraşdırılması yaxın günlərdə başa çatdırılacaq.

Hazırda yol boyu əyri xətli tirlərin quraşdırılması, qırmadaş-qum qarışığının döşənməsi və üst layın asfalt-beton örtüyünün tikintisi işləri davam etdirilir.

Qeyd edək ki, yolun 14,5 km hissəsində tikinti işlərinin 2014-cü ilin sonu - 2015-ci ilin əvvəllərində başa çatdırılması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR