Tibb bacısı işləyən həyat yoldaşını öldürən şəxsin məhkəməsi başlayıb

Tibb bacısı işləyən həyat yoldaşını öldürən şəxsin məhkəməsi başlayıb
# 01 dekabr 2014 08:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xəstəxananın qarşısında bıçaqlayaraq öldürən Şahlar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı isə dekabrın 8-nə təyin edilib.

Qeyd edək ki, mayın 16-da Nərimanov rayonu ərazisindəki 5 saylı Şəhər Kliniki Xəstəxanasının qarşısında Bakı şəhər sakini Şahlar Əliyev ailə-məişət münaqişəsi zəminində orada tibb bacısı işləyən arvadı Minarə Salmanovanı bıçaqla qətlə yetirib. Ş.Əliyev həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR