Azərbaycanın xarici işlər naziri Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTO

Azərbaycanın xarici işlər naziri Gürcüstan parlamentinin sədri ilə görüşüb - <span style="color: red;">FOTO
# 07 iyul 2014 18:15 (UTC +04:00)

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş əsnasında Elmar Məmmədyarov Azərbaycan və Gürcüstan arasında olan əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğunu qeyd edərək, ölkələrimizin irimiqyaslı regional layihələrin həyata keçirilməsində uğurlu əməkdaşlıq etdiyini vurğulayıb.

Azərbaycanın xarici işlər naziri Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın inkişafında parlamentlərarası diplomatiyanın kəsb etdiyi əhəmiyyətindən danışaraq, bu səfərin ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

David Usupaşvili Azərbaycanın regionun sabitliyinə və inkişafına töhfə verdiyini bildirib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Elmar Məmmədyarov Ermənistanın regiondakı inkişaf proseslərindən və regional layihələrdən kənar qalmasının əsas səbəbinin Ermənistanın işğalçı siyasətində olduğunu vurğulayıb.

Gürcüstan parlamentinin sədri David Usupaşvili ölkələrimiz arasında dostluq və mehriban qonşuluq əlaqələrinin daha da inkişaf edəcəyinə əminliyini bildirib və hər iki ölkənin parlamentinin də bu xüsusda öz töhfəsini verməyə hazır olduğunu deyib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və regional layihələr barəsində fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR