QAT üzvləri Kəlbəcərdə girov götürülənlərlə əlaqədar BQXK nümayəndələri ilə görüşüblər

QAT üzvləri Kəlbəcərdə girov götürülənlərlə əlaqədar BQXK nümayəndələri ilə görüşüblər
# 16 iyul 2014 13:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Azərbaycan vətəndaşları ilə bağlı görüş keçiriblər.


QAT-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təşkilatın sədri Akif Nağı və üzvləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofisində olublar.

Onlar komitənin təmsilçiləri Roman Vulfoviç və İlahə Hüseynova ilə görüşüb, Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əhmədov, Şahbaz Quliyev və Həsən Həsənovun taleyi ilə bağlı müzakirələr aparıblar.

Komitə təmsilçiləri bildiriblər ki, son günlər mediada verilən məlumatlarla bağlı tərərflərlə danışıqlar aparıılır.

QAT nümayəndələri məsələnin bu şəkildə ləng araşdırılmasını, girovlarla hələ də görüşməmələrini pisləyiblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR