Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunda 8 yolötürücüsü və 15 körpü olacaq

Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunda 8 yolötürücüsü və 15 körpü olacaq
# 16 iyul 2014 07:30 (UTC +04:00)

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin “APA-Economics”ə verdiyi məlumata görə, Şabran rayonunun Gəndov qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək uzanacaq yolun uzunluğu 60 km olacaq.

“Layihəyə əsasən, 8 yolötürücüsü, 15 körpü, kəndlərarası yollarda keçid məqsədilə 16 düzbucaqlı boru, beynəlxalq qaz və neft boruları üzərində 7 yükgötürücü qurğu, 280 yerdə müxtəlif diametrli borular və dəmir-beton qurğular nəzərdə tutulub”, - deyə P.Mürsəliyev bildirib.

Onun sözlərinə görə, yolboyu torpaq işlərinin 80%-i yerinə yetirilib, 8 km məsafədə 2 qat asfalt-beton örtük döşənib, suötürücü boru və qurğuların 90%-i tikilib. Hazırda tikinti işləri tərtib olunmuş qrafik əsasında davam etdirilir: “İki hərəkət zolaqlı mövcud Bakı-Rusiya avtomobil yolunun alternativ variantı olacaq bu layihə başa çatdıqdan sonra həmin istiqamətdə 16 km məsafəni qısaltmaqla yanaşı, nəqliyyat vasitələrinin fasiləsiz, maneəsiz və sürətli hərəkətini təmin edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR