Rusiyada Azərbaycan vətəndaşı dəm qazından zəhərlənərək ölüb

Rusiyada Azərbaycan vətəndaşı dəm qazından zəhərlənərək ölüb
# 12 noyabr 2014 14:31 (UTC +04:00)

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Naberejni Çelnı şəhərində baş verib.

Yanğınsöndürənlər yanğın baş vermiş mənzilə daxil olarkən otaqların birində 1956-cı il təvəllüdlü şəxsi huşsuz vəziyyətə aşkarlayıblar. Həmin şəxs xəstəxanaya aparılarkən yolda keçinib.

Həkimlər azərbaycanlının dəm qazından boğulduğunu deyiblər.

Hüquq-mühafizə orqanlarından isə bildiriblər ki, həmin şəxs Naberejni Çelnıda fəhlə işləyirmiş və onun yaşadığı mənzildə yanğınlar tez-tez baş verirmiş.

Yanğına səbəb söndürülməmiş siqaretin olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR