Avroliqanın finalında “Çelsi” və “Benfika” qarşılaşacaq

Avroliqanın finalında “Çelsi” və “Benfika” qarşılaşacaq
# 02 may 2013 23:12 (UTC +04:00)

Bakı-APA. Avroliqada yarımfinal mərhələsinin cavab görüşləri başa çatıb. Apasport.az saytının məlumatına görə, Amsterdamda keçiriləcək final matçının iştirakçıları məlum olub.

Kuboku qazanmağa əsas namizəd olan “Çelsi” “Stemford Bric”də “Bazel”i sınağa çəkib. Evində 2:1 hesabı ilə uduzan “Bazel” görüşün birinci hissəsində hesabı açıb. Lakin ikinci hissədə “Çelsi” 9 dəqiqəyə 3 qol vuraraq, finala vəsiqə qazanıb.

Digər oyunda isə “Fənərbaxça” və “Benfika” qarşılaşıb. İlk görüşdə İstanbulda qazanılan qələbə sayəsində “Fənərbaxça” həlledici oyuna bir qədər yaxın olsa da, “Benfika” “sarı bülbüllər”ə tarix yazmağa imkan verməyib. Bu matçda da meydan sahibləri rəqibi üzərində 3:1 hesabı ilə qalib gələrək, digər finalçı olub.

Beləliklə, həlledici mərhələdə “Çelsi” ilə “Benfika” qarşılaşacaq.

2 may

“Çelsi” (İngiltərə) – “Bazel” (İsveçrə) - 3:1

QOLLAR: Torres, 50, Moses, 52, Luis, 59 - Salah, 45

İlk oyun – 2:1

“Benfika” (Portuqaliya) – “Fənərbaxça” (Türkiyə) - 3:1

QOLLAR: Nikolas Qaytan, 9, Oskar Kardoso, 35; 66 - Dirk Kuyt, 23 (pen)

İlk oyun – 0:1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR