Xızıda avtomobil yanıb

Xızıda avtomobil yanıb
# 27 avqust 2014 23:32 (UTC +04:00)

Bakı-APA. Xızıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Xızı şəhərində (Bakı-Quba yolunun 71-ci km) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları və yaxınlıqda 0.5 ha sahədə quru ot yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR