Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək
# 09 iyul 2014 10:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Cari ilin iyulun 15-i tarixində Rusiya Federasiyasının Tomsk vilayətinin iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, forumda neft-qaz, mədən və kimya sənayesi avadanlığı, elektroenergetika, müxtəlif sahələrdə istifadə olunan cihazlar, mühəndis tədqiqat işləri, İKT, kəsici alətlərin istehsalı və digər sahələri təmsil edən Rusiya şirkətləri iştirak edəcəklər.

Tədbir Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi Azpromo-nun təşkilatçılığı ilə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR