Bakıda zəncirvarı yol qəzası baş verib - FOTO - VİDEO

Bakıda zəncirvarı yol qəzası baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 23 iyul 2014 23:13 (UTC +04:00)

APA TV-nin məlumatına görə, hadisə Xətai prospekti ilə Nemət Quliyev küçəsinin kəsişməsində, “Yaşıl bazar”ın qarşısında qeydə alınıb.

Qəza zamanı Rəşad Pənahovun idarə etdiyi “Opel” Pənah Məmmədovun idarə etdiyi “VAZ 2107”ni, o isə işıqforun qırmızı işığında dayanan Şaiq İsayevin idarə etdiyi “Mercedes Benz”i vurub.

Zərərçəkən Pənah Məmmədovun sözlərinə görə, “Opel” sürətlə hərəkət edirmiş.

Hadisə yerinə Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsinin əməkdaşları gəliblər. Yarasız hala düşən avtomobillər hadisə yerindən uzaqlaşdırılıb. Sürücülər isə ifadələri alınmaq üçün yol polisi şöbəsinə aparılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR