Bakıda torpaq sürüşməsi baş berib

Bakıda torpaq sürüşməsi baş berib
# 24 noyabr 2014 09:08 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Havaların yağıntılı keçməsi nəticəsində ötən gün Bakıda torpaq sürüşməsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geologu Ələmdar Piriyev APA-ya açıqlamasında deyib ki, sürüşmə Binəqədi rayonu Biləcəri qəsəbəsi Qabil Süleymanov küçəsi, 42-də ərazisində qeydə alınıb. Hazırda əməkdaşlar oradadır və müvafiq işlər aparılır. Belə ki, həmin ərazidə görülən işlən nəticəsində bünövrə açılıb və oradan çıxan torpaqları töküblər. Tökülən torpağın qarşısı başqa cür alınmayıb və atmosfer çöküntülərinin axması ilə əlaqədar həmin sahədə sürüşmə olub. Həmin ərazi də sürüşmə sahəsidir. Hazırda ərazidə aktivləşmə yoxdur vəziyyət stabildir. Narahatçılığa əsas yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR