Bakıda qayınata gəlinini bıçaqlayıb

Bakıda qayınata gəlinini bıçaqlayıb
# 12 noyabr 2014 08:28 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda bıçaqlanma hadisəsi baş verib. Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Fatmayi kəndində qeydə alınıb.

1939-cu il təvəllüdlü Gülbala Rəhim oğlu Məmmədov aralarında yaranan münaqişə zəminində gəlini 27 yaşlı Büllurə Famil qızı Məmmədovanı bıçaqlayıb. B.Məmmədova xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən G.Məmmədov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR