Nigeriyada “Boko Haram” şəhərə hücum edib, 36 nəfər ölüb

Nigeriyada “Boko Haram” şəhərə hücum edib, 36 nəfər ölüb
# 20 sentyabr 2014 21:27 (UTC +04:00)

Bakı-APA. Nigeriyada “Boko Haram” terror təşkilatının döyüşçüləri ölkənin şimalında yerləşən Mainok şəhərinə hücum ediblər. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, atışma nəticəsində azı 36 nəfər ölüb.

Polisin məlumatına görə, hücum nəticəsində bazar ərazisində 23 dinc sakin ölüb. Atışma zamanı 13 terrorçu məhv edilib.

Bəzi mənbələr ölənlərin sayının daha çox olduğunu bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR