Qubada ölümlə nəticələnən yol qəzası baş verib

Qubada ölümlə nəticələnən yol qəzası baş verib
# 04 noyabr 2014 10:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Qubada ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 3-də saat 13:00 radələrində Quba şəhər sakini Camal Abdullayev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Xanlar Niyarəliyevi vurmuş və piyada hadisə yerində ölüb.


Faktla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR