Nazir: “Türk axını” ilə bağlı saziş dekabrdan tez imzalanmayacaq”

Nazir: “Türk axını” ilə bağlı saziş dekabrdan tez imzalanmayacaq”
# 03 oktyabr 2015 10:47 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Türk Axını” layihəsi ilə bağlı razılığın əldə olunması dekabr-yanvar aylarına qədər uzana bilər.

APA-Economics”in Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

Onun sözlərinə görə, razılaşma noyabr ayında Türkiyədə keçiriləcək parlament seçkilərinə görə təxirə salınıb. Bundan sonra Türkiyədə yeni hökumət təşkil olunacaq. A. Novak qeyd edib ki, gələn həftə nazirliyin texniki mütəxəssisləri layihə ilə bağlı razılıq əldə etmək üçün Türkiyəyə səfər edəcək.

Qeyd edək ki, sentyabrın 14-də “Qazprom” layihənin 2016-cı ilin dekabrına qədər təxirə salındığını bildirib. Səbəb kimi isə boru kəmərlərinin düzülməsinə vaxtında başlanılmaması göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR