“Atəşgah” Sığorta Şirkətinin rəhbərliyində dəyişiklik olub

“Atəşgah” Sığorta Şirkətinin rəhbərliyində dəyişiklik olub
# 23 sentyabr 2015 06:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanın ən iri sığortaçılarından biri olan “Atəşgah” Sığorta Şirkəti səhmdarlarının növbədənkənar yığıncağı keçirilib.

Sığorta şirkətindən “APA-Economics”ə verilən məlumata görə, ümumi yığıncaqda “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin 2014-cü il üzrə illik maliyyə hesabatları təsdiq edilib.

Daha sonra Əliyev Ruslan Allahverdi oğlu və Əliyev Vaqif Vəli oğlu “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının üzvü vəzifəsinə növbəti müddətə yenidən təyin edilib. Solovyov Vladimir Nikolayeviç isə Direktorlar Şurasına müstəqil üzv təyin edilib. Direktorlar Şurasının sədri vəzifəsini isə Əliyev Ruslan Allahverdi oğlu tutub.

İskəndərov Elşad Eldar oğlu və Əmircanov Natiq Sahabin oğlunun “Atəşgah“ Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Təftiş Komissiyasına üzv təyin edilməsi haqda qərar qəbul edilib. İskəndərov Elşad Eldar oğlu Təftiş Komissiyasının sədri təyin edilib.

Bundan əlavə, Əliyev Azər Əmiraslan oğlu və İsmayılov Fuad Faiq oğlu “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinə üzv təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR