Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupun iclası keçirilib

Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupun iclası keçirilib
# 24 iyul 2014 13:53 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan ərazilərinin Ermənistanın silahlı təcavüzü nəticəsində məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun iclası keçirilib.

Bu barədə APA-ya İşçi Qrupundan məlumat verilib.

İşçi Qrupunun rəhbəri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı çıxışında qeyd edib ki, ermənilər tarix boyu nəinki Azərbaycanlılara qarşı, hətta dünyanın istənilən bölgələrində haqsız və ədalətsiz ərazi iddialarına səy göstəriblər: «Maraqlısı budur ki, Qafqazın bütün ərazilərində belə reallıqlar özünü göstərməkdədir. Məsələ ondadır ki, bəşəriyyətin firavan həyatının əleyhinə olan belə ədalətsiz yanaşmalar nəinki siyasi qüvvələr, həm də Ermənistanın dini rəhbərləri tərəfindən də dəstəklənir. Gürcüstanın paytaxtı Tbilisidə “Kilsə davası” adını alan və Ermənistanın din xadimləri tərəfindən müdafiə olunan insidentlər bunu bir daha sübut edir».

Tədbirdə qeyd olunub ki, artıq azərbaycanlı məcburi köçkünlər ATƏT-in həmsədr ölkələri nümayəndələrinin boş, ümidverici sözlərindən təngə gəliblər: «Təcavüzkara qarşı güzəştli rəftar və Qərb ölkələri tərəfindən ikili standartlara yol verilməsi onlara bu yoldan çəkinməməyə şərait yaradır. Azərbaycan xalqının artıq səbr kasası dolub. Xalqın iradəsi ortaya qoyulmalıdır. Buraxılan tarixi səhvlər hər zaman qınanılmayıb. Tarix heç nəyi silmir, cinayəti törədənlər məsuliyyətdən boyu qaçıra bilməyəcəklər».

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR