Futbolçu Araz Abdullayevin törətdiyi avtoqəza ilə bağlı cinayət işi açılıb

Futbolçu Araz Abdullayevin törətdiyi avtoqəza ilə bağlı cinayət işi açılıb
# 28 mart 2013 12:41 (UTC +04:00)

Bakı şəhərinin Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

İdarədən bildiriblər ki, A. Abdullayev saxlanılmayıb. Hazırda hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, A. Abdullayev idarə etdiyi “Nissan” markalı avtomobillə Bakının Nobel prospektində 2 süpürgəçi qadını vurub. Onlardan biri ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR