Rusiya XİN: Ukrayna BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozur

Rusiya XİN: Ukrayna BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozur
# 08 avqust 2014 16:03 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Ukrayna hökumətinin “Boeing-777” avialaynerinin qəzaya uğradığı ərazidə atəşkəs rejimini tədqiqatların ikinci fazasına qədər etibarsız sayması BMT Təhlükəsizlik Şurasının qətnaməsinin pozulmasıdır.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu sözlər Rusiya xarici işlər nazirliyinin yaydığı bəyanatda yer alıb.

Rusiya XİN qəza ilə bağlı yaradılmış Ukrayna Dövlət Komissiyasının hökumət saytındakı elanını şərh edərək bəyan edib ki, qəza yerindəki atəşkəs rejimi tədqiqatların ikinci fazasına qədər qüvvədə olmayacaq.

“Bu, BMT Təhlükəsizlik Şurasının 2166 saylı qətnaməsinin pozulmasıdır, başqa cür dəyərləndirilə bilməz. Qətnaməyə görə, həmin ərazidə bütün hərbi əməliyyatları dərhal dayandırmaq tələb olunur. ABŞ, Avstraliya və Litva Kiyevə tərəfkeşlik edir, amma onlar da Ukraynanın cənub-şərqində qan tökülməsinə görə məsuliyyət daşıyırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR