Yaponiya azərbaycanlı gəncləri magistratura və doktorantura pilləsi üzrə təhsil almağa dəvət edir

Yaponiya azərbaycanlı gəncləri magistratura və doktorantura pilləsi üzrə təhsil almağa dəvət edir
# 03 noyabr 2014 07:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Yaponiyanın Siyasi Tədqiqatlar üzrə Milli İnstitutu (GRİPS – National Institute for Policy Studies) magistratura və doktorantura proqramlarına qəbul elan edir. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, qeyd olunan ali təhsil müəssisəsi tərəfindən 1 və yaxud 2 illik Dövlət siyasəti, Makroiqtisadi siyasət, Dövlət maliyyəsi, İqtisadiyyat, planlaşdırma və dövlət siyasəti üzrə magistratura proqramları, 5 illik GRİPS Qlobal idarəetmə və siyasi təhlil üzrə birləşdirilmiş magistratura-doktorantura proqramları və 3 illik doktorantura proqramları təklif edilir. Ən yaxşı göstəricilərə malik namizədlərə təqaüd verilməsi nəzərdə tutulur.

Siyasi təhlil və doktorantura proqramlarını seçmək istəyən namizədlər 14 noyabr tarixinədək müraciət (http://www.grips.ac.jp/en/admissions/apply/) edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR