Ebola virusundan 25 min nəfər zərər çəkib

Ebola virusundan 25 min nəfər zərər çəkib
# 30 mart 2015 22:08 (UTC +04:00)

Bakı-APA. Qvineya, Liberiya və Syerra Leonedə 25 min nəfər Ebola virusundan zərər çəkib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir.

Dərc olunmuş statistikaya əsasən, 10365 ölüm faktı da daxil olmaqla, , ümumilikdə, Ebola virusundan zərər çəkmiş insanların sayı 24992 nəfər təşkil edib.

Liberiyada 4 min ölüm faktı qeydə alınıb, ən çox yoluxma halları isə - 11889 nəfər Syerra Leonedə müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR