Bakıda “Bakı-Tbilisi-Qars dəmir yolu xətti - Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Bakı-Tbilisi-Qars dəmir yolu xətti - Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda beynəlxalq konfrans keçirilir
# 16 oktyabr 2014 07:04 (UTC +04:00)

APA-Economics” xəbər verir ki, təbirdə region, eləcə də bir sıra Avropa və Asiya ölkələrinin nümayəndələri, bir çox beynəlxalq təşkilatlar və maliyyə institutlarının təmsilçiləri iştirak edirlər.

Konfransın gündəliyinə nəqliyyatla bağlı ümumi məsələlər, bu sahədə mövcud problemlər və onların həlli yolları, dəhliz boyu ölkələr tərəfindən həyata keçirilən və perspektiv layihələr, yeni təşəbbüslər, nəqliyyat əlaqələrinin və tranzitin inkişafında beynəlxalq təşkilatların və maliyyə institutlarının rolu və potensial imkanları, təhlükəsizlik, ekoloji aspektlər, eləcə də lokal və qlobal miqyaslarda effektiv logistik konsepsiyaların tətbiqi və digər məsələlər daxil edilib.

Qeyd edək ki, konfrans zamanı aparılmış fikir mübadiləsinin nəticələrini əks etdirən yekun sənədin qəbul edilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR