Beyləqanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin yeni binası istifadəyə verilib

Beyləqanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin yeni binası istifadəyə verilib
# 01 sentyabr 2014 16:44 (UTC +04:00)

Beyləqan. Teymur Zahidoğlu - APA. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqanda yerləşən 6 saylı ərazi idarəsinin yeni inzibati binası istifadəyə verilib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov açılış mərasimində iştirak edib. O bildirib ki, tikilinin yüksək səviyyədə inşası vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsinə gətirib çıxaracaq.

6 saylı ərazi idarəsinin yeni binasında Beyləqan, Ağcabədi, İmişli və Füzuli rayonlarından olan vətəndaşlara müasir şəraitdə qeydiyyat xidmətləri göstəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR