Əhməd Vəhidi: “İran Xəzər dənizində müştərək qüvvələrin təşkili təklifi ilə razılaşar”

Əhməd Vəhidi: “İran Xəzər dənizində müştərək qüvvələrin təşkili təklifi ilə razılaşar”
# 18 mart 2013 12:22 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “İran Xəzər dənizində müştərək qüvvələrin təşkili üçün hazırdır və bu təkliflə razılaşar”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İranın müdafiə naziri, general-leytenant Əhməd Vəhidi bildirib.

Onun sözlərinə görə, regiondan kənar qüvvələrin Xəzər dənizində iştirakı qəbuledilməzdir: “İran heç vaxt Xəzər dənizində və öz hava məkanında qeyri-qanuni iştirakı qəbul etmədiyini açıqlayıb. İran öz ərazisində və ətrafında xarici qüvvələrin qeyri-qanuni iştirakına ciddi reaksiya verər və sərhədlərinin qorunmasında ciddidir”. Ə.Vəhidi deyib ki, İranın müştərək proqramlarda, eləcə də terrorizm, narkotik maddələr, qaçaqmalçılıq və s.-lə mübarizə sahəsində müdafiə qabiliyyətinin artması təqdirəlayiqdir: “İran bu vəzifələri yerinə yetirmək üçün dəstək ola bilər”.

Nazir İranın yerli istehsalı olan “Camaran-2” eskadra minatral gəmisinin Xəzər dənizinin təhlükəsizliyinin güclənməsinə vəsilə olacağını da söyləyib: “Bu addım Xəzər dənizində təhlükəsizliyi, xüsusilə insan, narkotik maddələr və mal qaçaqmalçılığına qarşı İranın şimalının təhlükəsizliyini qorumaq məqsədilə atılıb. Gəmi top, raket, müasir radiolokasiya, helikopter meydançası, elektron döyüş sistemi ilə təchiz olunmaqla hücum və təqibetmə kimi xüsusiyyətlərə sahibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR