Azərbaycanda polis əməkdaşı yol qəzasına düşüb, bir nəfər ölüb, bir ailənin dörd üzvü isə xəsarət alıb

Azərbaycanda polis əməkdaşı yol qəzasına düşüb, bir nəfər ölüb, bir ailənin dörd üzvü isə xəsarət alıb
# 19 avqust 2014 12:59 (UTC +04:00)

Şəmkir rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Orxan Aslanov idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil Şəmkir rayon sakini, 1952-ci il təvəllüdlü Saleh Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Hadisə zamanı 62 yaşlı S.Hüseynov dünyasını dəyişib.

“Hyundai Sonata”nın sürücüsü, onun anası, atası və həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər yaralıların vəziyyətini orta ağır olduğunu bildirirlər.

Məlumata görə, Orxan Aslanov Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində polis nəfəri işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR