Azərbaycan sığorta bazarının 65%-i könüllü formalaşıb

Azərbaycan sığorta bazarının 65%-i könüllü formalaşıb
# 18 noyabr 2014 12:07 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında sığorta haqlarının 64,5%-i və ya 229,5 mln. manatı könüllü sığorta növlərinin payına düşüb.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov məlumat verib. Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% və ya 6,3 mln. manat çoxdur.

İcbarı sığorta növləri üzrə yığımlar isə 126,5 mln. manat və ya bazarın 35,5%-ni təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı 10,5% və ya 12 mln. manat artıb.

2014-cü ilin 10 ayında ümumi ödənişlərin 73,6%-i və ya 96,8 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortalar üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 40,8% və ya 28 mln. manat artıb. İcbarı sığorta növləri üzrə ödənişlər isə 14,6% və ya 4,4 mln. manat artaraq 34,6 mln. manata çatıb.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 42,2 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar-sentyabr aylarında bu göstərici 30,8 manat olub. İcbarı sığorta üzrə toplanan hər 100 manat üzrə ödəniş isə ötənilki 26,4 manatdan 27,4 manata qalxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR