AZAL I Avropa Oyunları ilə əlaqədar yeni “Boeing 767” alır

AZAL I Avropa Oyunları ilə əlaqədar yeni “Boeing 767” alır
# 24 sentyabr 2014 10:16 (UTC +04:00)

Yeni təyyarə, eləcə də AZAL-ın parkında istismarda olan digər təyyarələr 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları zamanı istismar olunacaq.

"APA-Economics"in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AZAL-ın vitse prezidenti Sabir İlyasov bildirib.

S. İlyasovun sözlərinə görə, AZAL I Avropa Oyunlarının tərəfdaşı kimi bu istiqamətdə böyük hazırlıq işləri görür.

“Biz sərnişindaşımadan başlayaraq, tam heyətlə bu beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsinə çalışırıq”,- deyə S. İlyasov qeyd edib.

O, əlavə edib ki, AZAL I Avropa Oyunları ilə əlaqədar hazırda həftədə 3-4 dəfə yerinə yetirilən aviareyslər hər gün həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR