Orta ixtisas təhsili müəssisələrinə ixtisas seçiminin nəticələri elan olunub

Orta ixtisas təhsili müəssisələrinə ixtisas seçiminin nəticələri elan olunub
# 22 iyul 2015 15:01 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün 2015/2016-cı tədris ili üçün ümumi (9-illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin plan yerlərinə keçirilən müsabiqənin nəticələri elan olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ixtisas seçimi etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olmaqla və ya iş nömrəsini 7727-ə göndərməklə ixtisas seçiminin nəticəsi ilə tanış ola bilərlər.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Təhsil forması

Qəbul planı

Qəbul olunub

Qəbulolma

Azərbaycan bölməsi

Rus
bölməsi

Bölmələr üzrə cəmi

faizi

Dövlət ödənişsiz

3903

3686

108

3794

97.10

Dövlət ödənişli

4525

4093

143

4236

93.50

Özəl

500

501

0

501

100.00

Cəmi

8928

8280

251

8531*

95.44

Qeyd olunub ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar 2015-ci il iyulun 23-dən 31-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR