Quba rayonunda torpaq sürüşməsi baş verib.
APA-nın Şimal bürosunun məlumatına görə, hadisə Rustov-Xanəgah avtomobil yolunun 7-ci kilometrliyində qeydə alınıb.
Sürüşmə nəticəsində yolun asfalt örtüyündə çatlar əmələ gəlib. Hazırda sürüşmənin baş verdiyi ərazidə avtomobillərin təhlükəsizliyinin təmin olunması məqsədilə xəbərdarlıqedici lentlər çəkilib.
Qeyd edək ki, sözügedən avtomobil yolu 8 kəndi rayon mərkəzi ilə birləşdirir.