Oktyabrın 27-də Bakının Ramana qəsəbəsində “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.
APA xəbər verir ki, aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.
Aksiya çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulkalar, ümumi tutumu 5 litr olan şüşə butulka və bankalar, yaxud 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.
Tədbir saat 15:00-da Yeni Ramana Şuşa qəsəbəsində, Şuşa Malıbəyli yolu küçəsində yerləşən “Araz superstore”un qarşısında keçiriləcək.