Azərbaycanın xarici işlər naziri Pakistanın yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

Azərbaycanın xarici işlər naziri Pakistanın yeni təyin olunmuş səfirini qəbul edib - <span style="color: red;">FOTO
# 01 may 2013 13:54 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının yeni təyin olunmuş səfiri İkramullah Mehsudu qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov pakistanlı diplomatı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edərək Azərbaycanla Pakistan arasındakı yüksək səviyyəli dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluğunu bildirib. Beynəlxalq təşkilatlar çərçivəsində göstərilən qarşılıqlı dəstəyi yüksək qiymətləndirən nazir, yeni səfirin fəaliyyətinin iki ölkə arasındakı əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir İkramullah Mehsud öz növbəsində qəbula görə təşəkkür edib və Azərbaycana səfir təyin olunmasından məmnun olduğunu söyləyib. O, iki dost və qardaş ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdiyini və səfir kimi fəaliyyəti ərzində bu əməkdaşlığın daha da genişləndirilməsi üçün səylər göstərəcəyini bəyan edib.

Görüş zamanı səfir İkramullah Mehsud etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR