® Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru və bir qrup professor-müəlim heyəti ilə görüş keçirilib

<font color=red>® </font>Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru və bir qrup professor-müəlim heyəti ilə görüş keçirilib
# 03 iyun 2016 08:45 (UTC +04:00)

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru texnika elmləri doktoru, professor. Mustafa Babanlının rəhbərliyi ilə universitetin bir qrup rəhbər işçi, müəllim və tələbələri Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin qonağı oldular. Əvvəlcə Kompleksin direktoru dos. Sevinc xanım Rzayeva qonaqları salamladı. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə böyük diqqət və qayğısının nəticəsində Azərbaycandakı ali məktəblərin günü-gündən inkişaf etdiyini, belə universitetlərdən birinin də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti olduğunu qeyd etdi. O, bu universitetin öz ənənələrinin və özünəməxsus yerinin olduğunu vurğulayaraq sözü universitetin rektoru prof. Mustafa Babanlıya verdi. Mustafa Babanlı əhatəli çıxışında universitetin tarixi, bu günü, görülən işlər, aparılan islahatlar, gələcək planlar haqda ətraflı məlumat verdi. Bu unuversitetdə təhsil almağın üstünlüklərindən və gələcək imkanlarından danışaraq müəllim və şagirdlərin suallarına cavab verdi. O, həmçinin Fransa Respublikası və Azərbaycan Respublikasının Prezidentlərinin təşəbbüsləri əsasında Strasburq Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə layihəsi olan UFAZ- Fransız-Azərbaycan Universiteti haqqında danışdı. Həmçinin bu layihənin koordinatoru xanım Şarlotta Payen UFAZ-a qəbul şərtləri və təhsil imkanları haqda geniş məlumat verdi. Sonda prof. Mustafa Babanlı Kompleksin rəhbərliyinə bu görüşün yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR