Bank Of Baku

“Günay Bank” bu il öhdəliklərini 98% artırıb

“Günay Bank” bu il öhdəliklərini 98% artırıb
# 18 aprel 2018 13:23 (UTC +04:00)

“Günay Bank”ın aktivlərinin həcmi 2018-ci ilin I rübündə 191,807 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 53,90% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2,6 dəfə artaraq 89,475 mln. manat olub.

 

Bankın kredit portfeli hesabat dövrü ərzində 1,65% artaraq 146,347 mln. manata bərabər olub. Cəmi öhdəliklərin həcmi isə 98,18% artaraq 130,212 mln. manat təşkil edib.

 

Hesabat dövrünün sonuna bankın məcmu kapitalı 4,85% artaraq 61,541 mln. manat, nizamnamə kapitalı sabit qalaraq 64 mln. 910,09 min manat olub.

 

Bankın cəmi gəlirləri bu ilin I rübündə 2 mln. 983,83 min manat, cəmi xərcləri isə təxminən 1 mln. 657,47 min manat olub.

 

Bu ilin I rübündə “Günay Bank” 1 mln. 266,65 min manat xalis mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR