“Bank VTB (Azərbaycan)” Xırdalanda filial açıb

“Bank VTB (Azərbaycan)” Xırdalanda filial açıb
# 17 oktyabr 2014 11:49 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Sentyabrın 17-də “Bank VTB (Azərbaycan)”nın Xırdalan şəhərində yeni filialının açılış mərasimini keçirilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Mehdi Hüseynzadə küç., 2 A ünvanında fəaliyyətə başlayan Xırdalan filialı əhaliyə və iş adamlarına geniş çeşidli bank məhsulları təklif edəcək, fiziki şəxslərə, kiçik və orta biznes sahibkarlarına əmanətlər, kreditlər, plastik kartlar, təcili pul köçürmələri, kommunal xidmətlərin ödənişi üzrə xidmət göstərəcək.

Filialın təntənəli açılış mərasimində “Bank VTB (Azərbaycan)” ASC-nin İdarə Heyətinin və Müşahidə Şurasının üzvləri, VTB Qrupun və “Ataholdinq”-in nümayəndələri, Rusiya Federasiyasının Azərbaycandakı səlahiyyətli səfiri Vladimir Doroxin iştirak edib.

“Biz əminik ki, “Bank VTB (Azərbaycan)” Xırdalan şəhərinin həyatında fəal iştirak edəcək. Filialı açmaqla biz, sürətlə inkişaf edən Xırdalanda istər korporativ müştərilərə, istərsə də əhaliyə ən müasir bank xidmətləri təklif etmək niyyətindəyik”, - deyə bankın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Sayca bankın 10-cu filialı olan Xırdalan filialını açmaqla “Bank VTB (Azərbaycan) öz fəaliyyətini Bakıdan kənarda genişləndirməyə başlayır. Bank yaxın perspektivdə ölkənin digər şəhər və regional mərkəzlərində çoxsaylı filiallar açaraq müştərilərinin xidmətinə vermək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR