Sınaq imtahanlarına yazılış başlayıb

 Sınaq imtahanlarına yazılış başlayıb
# 11 mart 2015 06:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gündən Azərbaycanda keçiriləcək ilk sınaq imtahanlarına yazılış başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, aprelin 5-də komissiya tərəfindən abituriyentlər üçün ilk sınaq imtahanı keçiriləcək. Həmin imtahanda iştirak etmək üçün qeydiyyat başlayıb.

Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.

Ətraflı məlumat üçünhttp://eservices.tqdk.gov.az/sinaq/linkinə daxil olmaq lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR