BMT Təhlükəsizlik Şurası İsrail və HAMAS-ı təcili atəşkəsə çağırıb

BMT Təhlükəsizlik Şurası İsrail və HAMAS-ı təcili atəşkəsə çağırıb
# 28 iyul 2014 09:01 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. BMT Təhlükəsizlik Şurası bu gün səhər keçirilən fövqəladə iclasında İsrail və HAMAS-ı Qəzzada təcili atəşkəs yaratmağa çağırıb.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, ötən gün tərəflər arasında qarşıdurmanın yenidən qızışması və danışıqların nəticə verməməməsi BMT Təhlükəsizlik Şurasında təzyiqləri artırmaq barədə təşəbbüslərə səbəb olub.

BMT Təhlükəsizlik Şurası İsrail və HAMAS rəhbərliyini Ramazan bayramı ərəfəsində qarşıdurmanı dayandırmağa və humanitar yardımlara şərait yaratmağa çağırıb.

Həmçinin tərəflərə Misirin təşəbbüsü əsasında davamlı və münasib atəşkəs əldə etmək üçün səyləri səfərbər etməyə çağırış edilib.

Qeyd edək ki, 20 gündən çoxdur davam edən müharibə 1030 dinc fələstinlinin həyatına son qoyub. İsrail isə 43 əsgər və 2 dinc sakin itirib.

HAMAS-ın raket zərbələrindən ölənlər arasında Tailand əsilli bir fəhlənin də olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR